Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Debitor borclar üzrə Maliyyə Analitiki
Avrora Müddət: 2020-04-27 - 2020-05-27
Baxış sayı: 352 Vakansiya № 1002870
Şəhər: Bakı

“AVRORA” MMC “Debitor borclar üzrə Maliyyə Analitiki” vakansiyanı açıq elan edir.

Vəzifələr:

Debitor borclarının izlənməsi və analizi;
Şübhəli Debitor borclarının müəyyən edilməsi;
Aging hesabatlarının hazırlanması;
Endirimlərin yoxlanılması və təhlili;
İşçi heyətinin qısa müddətli debitor borcları hesablarının yoxlanılması və problemlərin müəyyən edilməsi;
Malsatanların büdcə hesablarının yoxlanılması və təhlili;
Debitor borcları ilə bağlı bütün əməliyyatlara nəzarət edilməsi.

Tələblər:

Ali iqtisadi təhsil;
İlkin Logo biliyi və Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər;
Mühasibatlıq və yaxud maliyyə sahəsində təcrübə;
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzu olunandır) istifadə etmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
Problemləri həll etmə bacarığı;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İş Şərtləri:

Həftədə 5 iş günü;
İş saatları: 09:00-18:00;
Tibbi Sığorta ilə təminat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Debitor borcları üzrə Maliyyə Analitiki” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Bu kateqoriyada digər vakansiyalar