Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Brand Manager
Azersun Holding Müddət: 2020-04-28 - 2020-05-28
Baxış sayı: 573 Vakansiya № 1002876
Şəhər: Bakı

Namizədə aid tələblər:

• Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
• Müvafiq sahədə ən az 5 illik iş təcrübəsi;
• Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
• MS office proqramlarını bilməli;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
• Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analiz etmə, daxili bazara təsir edə biləcək təhlilləri verə bilmə bacarığına sahib olmalıdır.

İş haqqında məlumat:

• İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
• Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
• Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
• Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
• Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
• Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
• Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (“Brand manager” başlığı ilə) göndərə bilərlər.