Bugün 5 vakansiya və 4 CV əlavə edilmişdir

İnşaat layihə mühəndisi
Azersun Holding Müddət: 2020-05-01 - 2020-05-31
Baxış sayı: 326 Vakansiya № 1002891
Şəhər: Bakı

Namizədə aid tələblər:

  • İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
  • Müvafiq sahəyə uyğun ən azı 1 il iş təcrübəsinə sahib olmalı;  
  • Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
  • Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
  • Müəllif nəzarəti jurnalının və gizli akt formalarının  tərtibi qaydalarını bilməli;
  • Hesabatların Lira və ya SAP2000 proqramında aparılamsı qaydasını bilməli;
  • AutoCAD, Revit, Tekla və s. proqramları bilməlidir.

İş haqqında məlumat:

  • İnşaat layihə sənədlərinin  Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarına “СНиП” -ə uyğun olaraq hazırlanması və hazır layihələrin oxunması;
  • Dəmir beton, metal konstruksiya, ağac və s. konsrtuksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi;
  • Optimal konstruktiv həll variantlarının verilməsi;
  • Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
  • Geoloji və topoqrafik məlumatların oxunması və layihədə tətbiqi;
  • Konsrtuksiya materiallarının layihəyə görə həcminin müəyyən edilməsi;
  • Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və  təhvil verilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat layihə mühəndisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.