Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

SAP MM Modul üzrə Aparıcı Mütəxəssis
Azersun Holding Müddət: 2020-05-01 - 2020-05-31
Baxış sayı: 227 Vakansiya № 1002892
Şəhər: Bakı

Namizədə aid tələblər:

- Ali təhsilli (sənaye mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat) olmalı;
- Minimum 3-5 il təcrübəsi olmalı;
- Azərbaycan və ingilis dili bilikləri olmalı;
-MM modulu ilə əlaqədar SAP konfiqurasiyalarını bilməli;
- MM modulunun maliyyə- muhasibatlıq (FI), Satış-paylama (SD) və istehsal (PP) modulları ilə inteqrasiya nöqtələrini bilməli və konfiqurasiyasını bacarmalı;
- SAP layihələrinin idarə edilməsi baxımından ASAP metodologiyasını bilməli;
- Konseptual dizayn sənədini hazırlamağı bacarmalı;
- İş Proseslərinin analiz edilməsi və təkmilləşdirilməsi üçün proses, proses idarəsi, BPR metodunu bilməli və iş axış cədvəllərini hazırlamağı bacarmalı;
- İstifadəçilərə təlim vermək və əl kitabçası hazırlamaq qabiliyyəti olmalı;
- Analitik düşünmək və problem həll etmək bacarığı;
- Asan ünsiyyət qura bilməli.

İş haqqında məlumat:

-Şirkətlər Qrupunun hədəfləri və təşkilati prioritetləri istiqamətində tədarük zənciri proseslərinin analizini və sistem üzərində təkmilləşdirilməsini təmin etmək.
-Vəzifə üzrə işlərin təyin olunan standartlar (ASAP) və qrup prosedurları çərçivəsində nizamlı olaraq həyata keçirilməsini təmin və təqib etmək.
-İcra etdiyi xidmətlər ilə əlaqədar ola biləcək riskləri müəyyən etmək və qarşısının alınması üçün fəaliyyət göstərmək.
-İşi ilə əlaqədar ən yaxşı təcrübələri və texnologiyaları araşdırıb, məhsuldarlıq artışını yenilikçi həllərin tətbiq edilməsini təmin edəcək proyektlər yaratmaq.
-İş proseslərini analiz etmək, təkmilləşdirilməsi istiqamətində iştirak etmək və lazımi sənədləri (to-be),(as-is) hazırlamaq.
-İş proseslərinin iş axış cədvəllərini hazırlamaq.
-Konseptual dizayn sənədini hazırlamaq, iş sahiblərinə təsdiqlətmək.
-İş ilə əlaqədar konfiqurasiyaları SAP sistemində zamanında və doğru şəkildə tamamlamaq.
-İş ilə əlaqədar baza məlumatları (hesab, müştəri, satıcı, əsas vəsait, məsrəf və gəlir mərkəzi və s.) hazırlamaq.
-Sistemdəki uyğunlaşdırmalar çərçivəsində test ssenarilərini hazırlamaq və bütün iş proseslərini test serverlərində test etmək.
-İstifadəçilərə iş proseslərini tam ifadə edəcək şəkildə təlim vermək və əl kitabçasını hazırlamaq.
-İstifadəçi yetkiləndirmə matrisini hazırlamaq və təmin etmək.
-İş proseslərini canlı sistemdə iş sahiblərinə təhvil vermək və lazımi dəstəyi göstərmək.
-İşlərin təyin olunan hədəf və prioritetlər istiqamətində irəlilədiyini təqib etmək.
-Aşağı vəzifəli işçilərin performanslarını və motivasiyasını artırmaq üzrə maarifləndirmək, istiqamətləndirmək; komanda işini və əməkdaşlığı təşviq etmək.
-Göstərilən vəzifə və məsuliyyətləri ilə əlaqədar olaraq lazımi məlumatları, hesabatları və ortaya çıxan problemləri aidiyyatı şəxslərə raporlamaq.
-Proqram standartı xaricindəki tələblərlə bağlı funksional spesifikasiyaları hazırlamaq
-Canlı sistemdə istifadəçilərin qarşılaşdıqları problemləri incələmək və həll etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“SAP MM Modul üzrə Aparıcı Mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.