Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Təlim/Kouç Mütəxəssisi
Yerli İdarəetməyə Yardım İctimai Birliyi Müddət: 2020-05-04 - 2020-06-04
Baxış sayı: 358 Vakansiya № 1002913
Şəhər: Bakı

Vəzifə: Təlim/Kouç Mütəxəssisi

Ərazi:   Bakı və Bərdə

Müraciət üçün son tarix:  17.05.2020

Müqavilə növü: Xidmət müqaviləsi

Müqavilənin vaxtı:    60 iş günü

İşin təsviri

Təlim Mütəxəssisi BPLM layihəsi çərçivəsində müəllim/usta heyətinin təlim bacarıqlarının inkişafı üzrə  strategiyanın həyata keçirilməsi, xüsusilə yeni kurikulumla bağlı bilik və bacarıqların “həmkardan həmkara” ötürülməsi üzrə metodiki-texniki dəstək göstərmək və müsbət təcrübələri tətbiq etməklə Bərdə Peşə Liseyində davamlı öyrənmə təcrübəsinin inkişaf etdirilməsinə cavabdehdir. Təlim keçmiş müəllim kouçerlər sonrakı dövr ərzində öz həmkarlarına təlimlər, eləcə də bilik və təcrübə mübadiləsi vasitəsi ilə yeni kurikulumların tətbiq edilməsi, modulların effektiv tədris edilməsi, dərslərin innovativ metodlarla təşkil edilməsi və s. istiqamətlərdə zəruri dəstək göstərəcəklər.

Vəzifə və öhdəliklər

  • BPL müəllim/usta heyətinin təlim bacarıqlarının qiymətləndirilməsi və ehtiyacların müəyyənləşdirilməsi;
  • ``Texniki peşə təhsili müəllim və təlimatçıları üçün təlimçilik metodları`` adlı vəsaitin hazırlanması
  • BPL müəllim/usta heyəti arasından seçilmiş 6 nəfərdən ibarət təlimçi komandasının peşəkar təlim bararıqlarının inkişaf etdirilməsi üzrə 3 günlük Təlimçilər üçün Təlim kursunun keçirilməsi;
  • Kouçinq/təlim proqramında iştirak edəcək müəllimlər üçün qrup işləri, özünü təhlil və fərdi tapşırıqlar hazırlamaq;
  • Özünü-qiymətləndirmə və digər alətlərdən istifadə etməklə təlim/kouçinq proqramının nəticələrini qiymətləndirmək və müvafiq halda iştirakçılara görüləcək fəaliyyətlər ilə bağlı tövsiyələr vermək;
  • Kouçinq/təlim proqramının iştirakçıları üçün nəticə və müddətləri özündə ehtiva edən şəxsi fəaliyyət planını hazırlanmasına dəstək göstərmək;
  • Fəaliyyətlərin icra müddətində kouçinq/təlim proqramının iştirakçılarına əyani və virtual qaydada texniki dəstək göstərmək və zəruri məsləhətlər vermək;
  • BPL-dən və digər yerli və xarici peşə məktəblərindən olan təlimçilərin iştirakı ilə ``həmkardan həmkara`` layihələrinin hazırlanması və həyata keçirilməsinə dəstək vermək;
  • BPL müəllim/usta heyəti arasında “həmkardan həmkara” öyrənmə fəaliyyətlərinə üzbəüz və virtual məsləhətlər yolu ilə dəstək vermək;
  • Təlimçi müəllimlərin peşəkar təhsil qurumları (AR Təhsil İnstitutu, Peşə Təhsili üzrə Dövlət Agentliyi və s.) tərəfindən təşkil olunacaq münasib peşəkar inkişaf sessiyalarına cəlb edilməsini təşkil etmək;
  • Təlimçilər üçün təlim, ``həmkardan həmkara`` layihələrinin nəticələri və təsirlərini göstərən məlumatların toplanması, qiymətləndirilməsi və layihə rəhbərliyinə müvafiq vaxtaşırı hesabatları hazırlamaq.

Tələb olunan təhsil, təcrübə və bacarıq

  • Təhsil, pedaqogika, insan resursları idarəetməsi və ya digər əlaqəli sahələrdə ali təhsil;
  • Təlim bacarıqları və digər pedaqoji yönümlü fəaliyyət sahələrində 5 illik iş təcrübəsi;
  • Təlim proqramların tərtib edilməsi, icrası və qiymətləndiriməsi sahəsində bacarıqlar;
  • Sosial bacarıqlar (təqdimat, ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə);
  • Word, Excel, PowerPoint proqramlarında işləmək bacarığı;
  • Layihə fəaliyyətlərinin icrası üçün regionlara səfərlər etmək imkanı;
  • Azərbaycan dili - mükəmməl; İngilis dili - işgüzar səviyyə; Rus dili - işgüzar səviyyə.

Göstərilən tələblərə uyğun gələn şəxslər CV-lərini office@lga.az elektron ünvanına “Təlim/Kouç Mütəxəssisi” başlığı altında göndərməsi xahiş olunur. Seçilmiş namizədlərlər müsahibəyə dəvət ediləcək.


Bu kateqoriyada digər vakansiyalar