Bugün 5 vakansiya və 4 CV əlavə edilmişdir

Sosial Media üzrə Mütəxəssis
Yerli İdarəetməyə Yardım İctimai Birliyi Müddət: 2020-05-04 - 2020-06-04
Baxış sayı: 457 Vakansiya № 1002914
Şəhər: Bakı

Vəzifə: Sosial Media üzrə Mütəxəssis

Ərazi:   Bakı və Bərdə

Müraciət üçün son tarix: 17.05.2020

Müqavilə növü: Xidmət müqaviləsi

Müqavilənin vaxtı:  90 iş günü

İşin təsviri

Sosial Media üzrə Mütəxəssis BPLM layihəsi çərçivəsində Bərdə Peşə Liseyi üçün veb və sosial media strategiyasının qurulması və həyata keçirilməsinə dəstək verilməsi, veb və sosial media hesablarının idarə edilməsi, layihə nailiyyətləri və BPL-in inkişafını göstərən elektron məzmunun (mətn/foto/video/infoqrafika) yaradılması və rəqəmsal həllər üzrə tapşırıqların yerinə yetirilməsinə cavabdehdir.

Vəzifə və öhdəliklər

  • BPL üçün sosial media strategiyasının qurulması və həyata keçirilməsinə dəstək verilməsi;
  • BPL üçün müxtəlif  platformalarda sosial şəbəkə hesablarının yaradılması və kreativ, original və yüksək keyfiyyətli məzmunların (orijinal mətn, şəkillər, video və ya HTML)  hazırlanması və paylaşılması;
  • Veb və sosial media səhifələrində müntəzəm olaraq yerləşdirmək üçün layihə nailiyyətləri və Bərdə Peşə Liseyinin inkişafını göstərən materialların hazırlanması (onlayn məlumat bülletenləri, müsahibələr, reklam çarxları, uğurlu tələbələr üçün profil və s.);
  • Sosial media hesablarına daxil olan müraciətlərin cavablandırılması;
  • Vebsəhifə və sosial media hesablarında həyata keçirilmiş fəaliyyətlər və əldə edilmiş nəticələrlə bağlı hesabatların hazırlanması;
  • Layihə nailiyyətlərini müəyyənləşdirmək və görülmüş işlərin işıqlandırılması üçün digər layihə heyəti ilə əməkdaşlıq etmək.

Tələb olunan təhsil, təcrübə və bacarıq

  • Marketinq, biznes, ictimaiyyətlə əlaqələr, İT və digər əlaqəli sahələrdə ali təhsil;
  • Sosial və rəqəmsal media mütəxəssisi kimi 3 illik iş təcrübəsi;
  • Sosial media kampaniyaları yaratmaq bacarığı;
  • Məzmun hazırlanması (mətn, şəkil, video, infoqrafik) üzrə kreativ ideyalar vermək və rəqəmsal həllər bacarığı;
  • Sosial media alətləri (fb, instagram, twitter, linkedin) ilə yaxından tanışlıq;
  • Əla yazı, redaktə (mətn, audio və ya video kontent üzrə), təqdimat bacarığı;
  • Sosial bacarıqlar (ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə);
  • Ən azı 1 qrafik dizayn proqramında işləmək bacarığı;
  • Azərbaycan dili - mükəmməl; İngilis dili - işgüzar səviyyə; Rus dili - işgüzar səviyyə.

Göstərilən tələblərə uyğun gələn şəxslər CV-lərini office@lga.az elektron ünvanına “Sosial Media üzrə Mütəxəssis/BVET” başlığı altında göndərməsi xahiş olunur. Seçilmiş namizədlərlər müsahibəyə dəvət ediləcək.