Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

Performans İdarəetməsi Sistemi üzrə Mütəxəssis
Yerli İdarəetməyə Yardım İctimai Birliyi Müddət: 2020-05-03 - 2020-06-03
Baxış sayı: 234 Vakansiya № 1002917
Şəhər: Bakı

Vəzifə: Performans İdarəetməsi Sistemi üzrə Mütəxəssis

Ərazi:   Bakı və Bərdə

Müraciət üçün son tarix:  17.05.2020

Müqavilə növü: Xidmət müqaviləsi

Müqavilənin vaxtı:   80 iş günü

İşin təsviri

Seçilmiş ekspert Liseyin hədəf və məqsədlərini nəzərə almaqla fəaliyyətin (performansın) idarə edilməsi üzrə sistemin qurulmasına, müəllim/usta heyəti üçün məqsədlərin, gözləntilərin və əsas fəaliyyət göstəricilərinin (ƏFG) müəyyənləşdirilməsinə, fəaliyyətin (performansın) monitorinqi və qiymətləndirilməsinə, bacarıqların artırılması məqsədi ilə peşəkar inkişaf planının hazırlanmasına və digər əlaqədar fəaliyyələrə məsul olacaq.

Ekspertin öhdəlikləri:

  • Liseyin müvafiq əməkdaşları ilə birlikdə çalışaraq fəaliyyətin (performansın) idarə edilməsi üzrə sistemi qurmaq;
  • Liseyin müəllim/usta heyətinin fəaliyyətini (performansını) qiymətləndirmək məqsədi ilə fəaliyyətin nəticələrinin təhlili (performance review) üzrə formanının hazırlanması;
  • Liseydə olan mövcud təlimatlar, prosedurlar və daxili qaydaları nəzərdən keçirmək və heyətin səmərəliliyinin artırılması üçün tövsiyələr vermək;
  • Əsas fəaliyyət göstəricilərini təhlil etmək və islahedici tədbirlərin planlaşdırılması üçün tövsiyələr vermək;
  • Performans İdarəçiliyi Sistemi üzrə BPL-in Metodologi Bələdçi/ Siyasət Sənədinin hazırlanması;
  • Performans idarəçiliyi alətləri və mexanizmləri ilə bağlı BPL müəllim/usta heyətinin təlim ehtiyaclarınını müəyyənləşdirilməsi və təlim-seminarların keçirilməsi;
  • Liseyin müəllim/usta heyətinin potensialının artırılması məqsədi ilə peşəkar inkişaf planı hazırlamaq;
  • Dövri olaraq performansın monitorinqi və qiymətləndirilməsi (BPL-in kadrlar şöbəsi\insan qaynaqları təmsilçisi ilə birgə müntəzəm yoxlamalar təşkil etmək və rəylər vermək);
  • BPL-də performans idarəçiliyi sisteminin yaradılması və tətbiqi prosesi ilə bağlı uğur və irəliləyişləri əhatə edən hesabatın təqdim edilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıq

  • İnsan resursları, idarəetmə və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Fəaliyyətin (performansın) idarə edilməsi üçün proqram və strategiyaların hazırlanması üzrə səriştə;
  • Təhlil və təqdimat bacarıqları;
  • Məlumatların toplanması və təhlili üzrə təcrübə;
  • İnsan resurslarının idarə edilməsi sahəsində təcrübə;
  • Sosial bacarıqlar (təqdimat, ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə);
  • Word, Excel, PowerPoint proqramlarında işləmək bacarığı;
  • Layihə fəaliyyətlərinin icrası üçün regionlara səfərlər etmək imkanı;
  • Azərbaycan dili - mükəmməl; İngilis dili - işgüzar səviyyə; Rus dili - işgüzar səviyyə.

Xüsusi qeydlər

  • Ekspert layihə komandası, eyni zamanda benefisiar təşkilatın nümayəndələri ilə birlikdə işləyəcəkdir.
  • Bərdə Peşə Liseyində fəaliyyətlərin təşkili və əlaqələndirilməsi ekspertin uyğunluluğuna əsasən qarşılıqlı olaraq razılaşdırılacaqdır. İş cədvəli ekspert seçildikdən sonra müəyyən ediləcəkdir.

Göstərilən tələblərə uyğun gələn şəxslər CV-lərini office@lga.az elektron ünvanına “Performans İdarəetməsi Sistemi üzrə Mütəxəssis” başlığı altında göndərməsi xahiş olunur. Seçilmiş namizədlərlər müsahibəyə dəvət ediləcək.