Bugün 10 vakansiya və 5 CV əlavə edilmişdir

Araşdırma və İnkişaf üzrə Layihə Meneceri
Avrora Müddət: 2020-05-05 - 2020-06-04
Baxış sayı: 462 Vakansiya № 1002920
Şəhər: Bakı

“AVRORA” MMC “Araşdırma və İnkişaf üzrə Layihə Meneceri” vakansiyanı açıq elan edir.

Vəzifələr:

Şirkətin hədəflərini dəstəkləyən araşdırma və inkişaf fəaliyyətlərinə rəhbərlik etmək;
Planlamadan icra mərhələsinə kimi yeni məhsulun inkişaf mərhələlərinə nəzarəti həyata keçirtmək;
Araşdırma layihələrinə nəzarət və nəticələri analiz etmək,
Biznes ehtiyaclarına uyğun olaraq məhsul üzrə ətraflı araşdırmaların aparılması;
Araşdırmalar üçün əməliyyat planlarının hazırlanması;
Məhsul reseptlərinin hazırlanması;
Dequstasiya testlərinin təşkil edilməsi;
Alternativ xammalın qiymətləndirilməsi və təsdiqlənməsi prosesi;
Məhsulla bağlı araşdırılmış nəticələrin təhlil edilməsi;
Şirkətin məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində araşdırmaların aparılması;
Biznes planların və layihələrin yazılması bacarığı.

Tələblər:

Təhsil: Ali təhsil (Kimya mühəndisliyi və qida mühəndisliyi üzrə);
Yaş həddi: 21-35;
Texnoloq və ARGE üzrə 5-10 illik təcrübə;
Müvafiq sahələr üzrə mümkün dünya şirkətlərində iş təcrübəsi
ÜRGE (ürün gəlişdirmə) üzrə həyata keçirmiş olduğu layihələrdən biri üzrə təqdimat;
Satış, marketinq ilə işləmə bacarıgı, bazar araşdırma və analizi bacarıqları;
Qənnadı, içəcəklər, makaron, un sahələri üzrə elmi tədqiqat işi və ya sertifikatlaşmaları;
Azərbaycan, rus, türk və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

İş Şərtləri:

Həftədə 5 iş günü;
İş saatları: 09:00-18:00;
Nahar şirkət tərəfindən təmin olunur;
Tibbi Sığorta ilə təminat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Araşdırma və inkişaf üzrə Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Bu şirkətin digər vakansiyaları