Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Merçendayzer
A+CO MMC Müddət: 2020-05-05 - 2020-06-04
Baxış sayı: 354 Vakansiya № 1002923
Şəhər: Xırdalan

İş barədə məlumat

- Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlamanmasını təmin etmək, məhsulun satış görünüşünə nəzarət etmək
- Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmağı təmin etmək
- Satış nöqtələrində hərəkət istiqamətinə görə rəf başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünə nəzarət etmək, məhsul qruplarının hamısının birlikdə açılışına və düzülüşünə nəzarət etmək
- Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəf payı və penatrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksikliklər barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etməklə satış heyətinə dəstək olmaq və ehtiyac duyulduqda yerindəcə sifarişi qəbul etmək
- Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək, qiymət kağızlarını, posterləri istehlakçıların rahat görə biləcəyi yerə yapışdırılmasına nəzarət etmək

Namizədə tələblər

- Göstərilən vəzifə üzrə ən azı 6 ay iş təcrübəsi olmalıdır
- 18-28 Yaş aralığı olması vacibdir
- Azərbaycan dilini səlis şəkildə bilməli, Rus dilini bilməsi arzuolunandır

- Həftədə 6 gün,
iş saatlarını 08:00-dan 18:00-dək

E-mail:  ravana.mammadova@aplusco.az


Bu şirkətin digər vakansiyaları