Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

İnsan resursları üzrə mütəxəssis
Konfirom MMC Müddət: 2020-05-05 - 2020-06-05
Baxış sayı: 580 Vakansiya № 1002926
Şəhər: Bakı

Vacancy: İnsan resursları üzrə mütəxəssis (HR Specialist)

Şirkət barədə məlumat: İş yeri BUZOVNA qəsəbəsindədir.

Bugünkü günə "Konfirom" MMC- Azərbaycan bazarında böyük potensiala malik, müasir, dinamik inkişaf edən, qənnadı məhsulları istehsal ilə məşğul olan fabrikdir. Oktyabr 2014-ci ildən etibarən "Konfirom" fabriki professional xarici texnoloqlar tərəfindən hazırlanmış özünün unikal texnologiyası ilə yeni qənnadı məhsullarının çeşidlərin böyük həcmdə sitehsalına başlamışdır.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin siyasətinə uyğun olaraq İR üzrə prosedurların yazılmasında iştirak
• Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi; elektron portala işlənməsi;
• Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
• Xəstəlik vərəqlərinin işlənməsi
• Yeni işçilərin şəxsi işlərinin yaradılması, sosial sığorta kartı ,əməkhaqqı kartı təmin etmək;
• İcbari sığorta və tibbi sığortaların təmin olunması
• Aylıq tabelin hazırlanması və əmək haqqlarına nəzarət edilməsi;
• İşçi seçiminin həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, , məlumatların, CV bazasının idarə olunması);
• Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və verilməsi

Namizədə qarşı tələblər:

Qadın namizədlərə üstünlük veriləcək.

• Sosilogiya, psixologiya, iqtisadiyyat və ya menecement sahəsində ali təhsil dərəcəsi;
• İstehsalat sahəsində kadr işçisi kimi minimum 1 illik iş təcrübəsi
• İR sahəsində minimum 3 illik iş təcrübəsi;
• Əmək haqqının hesablanması üzrə biliklər
• Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı, İngilis və Rus dilləri arzuolunandır
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, MICROSOFT OFFİCE (Excel və Word) proqramını mükəmməl bilməsi mütləqdir;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;

Əmək şəraitinin şərtləri:

• 6 günlük iş rejimi, İş saatı: 08:30-16:30
• Əməkhaqqı: 800-1000 AZN
• Yemək və servis xidməti
• Korporativ nömrə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CVformasını emin.asgerov.1993@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.