Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Kadr işləri üzrə mütəxəssis
BUKHALTERNATIVE Advisory Company Müddət: 2020-05-06 - 2020-06-06
Baxış sayı: 837 Vakansiya № 1002934
Şəhər: Bakı

İş barədə məlumat

- İşçilərin elektron portalda işə qəbulu
- Əmək müqaviləsi və əmrlərin tərtibi
- Aylıq tabel cədvəlinin hazırlanması, hazırlanmış tabel cədvəli əsasında işçilərin əmək haqlarının və digər icbari ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsi və ödənişlərin icra edilməsi
- Vahid rüblük və məşğulluq hesabatın hazırlanması
- Əmək haqqı kartlarının açılması
- İşçilərin məzuniyyətlərinin və ezamiyyələrinin hesablanması
- İş günləri: Bazar ertəsi – Cümə, İstirahət günləri: Şənbə və Bazar
- İş saatları: 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Qadın namizəd
- Ali təhsilli
- Azərbaycan dilində sərbəst yazmaq və oxumaq bacarığı
- Komputer bilikləri: MS Word, MS Excel kimi ofis proqramlarında və e-gov.az, e-sosial.az kimi dövlət portallarında işləmək bacarığı
- AR Əmək məcəlləsi və əməyin mühafizəsi üzrə ilkin biliklər

Qeyd: CV-lərinizi emailin mövzu hissəsinə vakansiyanın adını yazmaqla a.huseynov@bukhalternative.com elektron poçtuna göndərə bilərsiniz.