Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

Mikro kreditlər üzrə kredit mütəxəssisi
İnkişaf üçün Maliyyə BOKT Müddət: 2020-05-06 - 2020-06-06
Baxış sayı: 236 Vakansiya № 1002935
Şəhər: Bərdə

“İnkişaf üçün Maliyyə” MMC
Bank Olmayan Kredit Təşkilatı

Mikro kreditlər üzrə kredit mütəxəssisi

(Bərdə, Ağcabədi, Şəki, Qax, Göyçay, Beyləqan filialları)

Tələblər:

İqtisadi, riyazi və ya texniki ixtisas üzrə ali təhsil (Bakalavr və ya Magistr);
Bank və ya kredit təşkilatında ən azı 1 il iş təcrübəsi (Mikro Kredit şöbə üzrə)
Ünsiyyətcil, məsuliyyətli, təmkinli, komandada işləmək bacarığı;
Tapşırıqların həllində çeviklik;
Kompüter bilikləri (MS Office, Mc Outlook)

Əsas vəzifələr:

Mikro, kiçik və orta biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və kredit təşkilatını müştəri qarşısında təmsil etmək;
Müştərilərlə biznes görüşlərin aparılması;
Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət;
Biznes analizlərin aparılması;
Keyfiyyətli kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı.

İş üçün ərizələr/müraciətlər 20 may 2020-ci il tarixinədək aşağıdakı elektron poçt ünvanında və ya müvafiq filial ofislərinə yaxınlaşmaqla qəbul edilir:

E-poçt: hr@findev.az
Tel: (994 12) 492 77 63

Xüsusi Qeyd: Ərizələri (CV) elektron poçt ünvanımıza göndərərkən mövzu yerinə müraciət etdiyiniz müvafiq filialı və vəzifə adını yazmağınız xahiş olunur.