Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

Resepşn
Embafinans Müddət: 2020-05-06 - 2020-06-06
Baxış sayı: 714 Vakansiya № 1002937
Şəhər: Bakı

Resepşn

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən ,Bank Olmayan Kredit Təşkilatıdır. Müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və bütün ölkə ərazisində təmsil olunur.

İş barədə məlumat:

- Müştərilərin qarşılanması və qeydiyyatı;
- Telefon zənglərinə cavab verilməsi və yönləndirilməsi;
- Gələn informasiyaların toplanması və uyğun olan struktur bölmələrinə ötürülməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı.

Namizədə tələblər:

- 21-30 yaş arası xanım namizədlər;
- Ali və ya Orta ixtisas təhsil;
- Tələb olunan vakansiyaya uyğun minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və rus dili ;
- MS office proqramlarında sərbəst işləmə bacarığı;
- Ünsiyyət qurma və komandada işləmək bacarığı.

Maraqlanan namizədlər cv-ni mövzu hissəsində vakansiyanın adını qeyd etməklə, IseQebul@embafinans.az email ünvanına göndərə bilər. (Şəkilsiz cv-ə baxılmayacaq).