Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

SKS montajçı
METAK Müddət: 2020-05-08 - 2020-06-08
Baxış sayı: 158 Vakansiya № 1002951
Şəhər: Bakı

İş barədə məlumat:

• Strukturlaşdırılmış kabel sistemlərinin (SKS) sxemlərinin qurulması və oxunması;
• Vizual sistemlərin quraşdırılması və sazlanması (proyektorlar, müxtəlif növlü informasiya monitorları və interaktiv lövhələr);
• SKS-in quraşdırılması (LAN 5-7cat., telefon, TV, akustika və video görüntülər);
• Server və kommutasiya avadanlıqlarının quraşdırılması;
• Server dolablarının quraşdırılması;
• Şəbəkənin yoxlanılması;
• Rabitə avadanlıqlarının quraşdırılması;
• Hündürlükdəki işlər;
• Kabellərin çəkilməsi, şəbəkə avadanlıqlarının quraşdırılması və sökülməsi.

Namizədə tələblər:

• Cinsi: Kişi.
• 23-40 yaş;
• Ali və ya orta-texniki təhsil;
• Müvafiq iş stajı 1-3 il;
• Yüksək yerlərdə işləmə bacarığı.

Əlavə şərtlər:

• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=155 və ya hr@metak.az ünvanına göndərərək, 07.06.2020– ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.