Bugün 5 vakansiya və 4 CV əlavə edilmişdir

Planlama, təqibat və törəmə müəssisələrlə iş şöbəsi üzrə mütəxəssis
Azersun Holding Müddət: 2020-05-08 - 2020-06-08
Baxış sayı: 299 Vakansiya № 1002953
Şəhər: Bakı

Planlama, təqibat və törəmə müəssisələrlə iş şöbəsi üzrə mütəxəssis.

Namizədə aid tələblər:

  • Ali təhsil (iqtisadi, biznes, texniki və ya hüquqi) ;
  • Müvafiq sahəyə uyğun və ya bank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan, İngilis və Rus dilləri (digər dil biliklərinin olması üstünlük təşkil edir);
  • Microsoft Office proqramları, xüsusi ilə yüksək excel bilikləri;
  • Bank işi və müvafiq sahə üzrə yerli və beynəlxalq sertifikatların olmasına üstünlük verilir;
  • Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı;

İş haqqında məlumat:

  • Departamentin fəaliyyəti ilə əlaqədar normativ sənədlərin, reqlamentlərin, habelə onlara əlavə və dəyişikliklər layihəsinin hazırlanması ilə bağlı rəhbərliyinin təlimatlarını yerinə yetirmək;
  • Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək;
  • Üst rəhbəri ilə razılaşdırdıqdan sonra yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə, dövlət orqanlarına təqdim edildikdə isə Bankın aidiyyatı struktur bölməsi ilə razılaşdırmaqla, tələb olunan sənədləri və məlumatları təqdim etmək;
  • Rəhbərliyin tapşırığı əsasında kənar qurumlarda Bankın təmsil edilməsi, iclas, təlim, konfrans və seminarlarda iştirak etmək;
  • Departamentin fəaliyyət sahəsinə aid olan müqavilələrin hazırlanmasında, hüquqi rəyin alınmasında, imzaya təqdim edilməsində və tərəflərə çatdırılmasında, tələb olunduğu hallarda isə yenilənməsində iştirak etmək;
  • Xarici və daxili bazar konyukturası, rəqiblər, ümumi iqtisadi vəziyyət, yerli və xarici bazarlarda mövcud məhsul və xidmətlər, yeni trendlərə dair məlumatları araşdırıb toplamaq və şöbə/departament müdirinə təqdim etmək;
  • Bankın Satışla əlaqədar strukturlarının hədəf planların icrası, təhlili, təqibi və müxtəlif motivasiya xarakterli layihələrin həyata keçirilməsi;
  • Bankın Satışla əlaqədar strukturlarında tələb olunan meyar üzrə effektivliyinin hesablanması;
  • Analitik təhlil nəticəsində formalaşan məlumatın hesabat formasına salınması;
  • Bankın məhsul və xidmətləri üzrə tarif siyasətini vaxtaşırı (ən azı ildə bir dəfə) nəzərdən keçirərək, müvafiq strukturlardan təkliflər alaraq bu istiqamətdə düzəliş və əlavələrin edilməsi üçün şöbə/department müdirinə təkliflər vermək;
  • Bankın Satışla əlaqədar strukturlar və Törəmə Müəssisələrlə əlaqələrinin inkişafı, yeni filial və şöbələrin açılışı, bağlanması, yenilənməsi, yerdəyişməsi, müştəri şəbəkəsinin genişləndirilməsi və müştərilərə göstərilən xidmətlərin yaxşılaşdırılması, texnoloji yeniliklər və alətlərin əlavə edilməsi istiqamətində şöbə/department müdirinə təkliflər vermək;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Filiallarla iş üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.