Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

Ofis assistenti
SmartOn Müddət: 2020-05-12 - 2020-06-12
Baxış sayı: 581 Vakansiya № 1002982
Şəhər: Bakı

Vəzifə öhdəlikləri

  • İclasların təşkilinin həyata keçirilməsi
  • Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsi
  • Ofis xərclərinə nəzarət edilməsi
  • Zənglərin qəbulu və daxil olan sənədlərin qeydiyyata alınması
  • Sənədlərin şöbələr üzrə çatdırılması
  • İşçilərin ezamiyyətlərini təşkil edir: biletlərin sifarişi, mehmanxanaların bron edilməsi
  • Ofisə daxil olan qonaqların nəzakətlə qarşılanması, ehtiyaclarına uyğun olaraq çay, kofe təklif edilməsi

Namizədə qarşı tələblər  

  • Azərbaycan dilini səlis, rus dilini danışıq səviyyəsində, ingilis dilinin elementar biliyi
  • Yaş həddi: 23-35
  • Kargüzarlığın əsasları bilməli
  • İşgüzar etika qaydalarını bilməli
  • Kompüter və ofis texnikası ilə davranış qaydalarını bilməli
  • Səlis nitqə sahib olmalı
  • Gülərüz, eyni zamanda işində ciddi, tələbkar, dürüst, çevik, mühitə uyğunlaşa bilən və ünsiyyətcil olmalı.
  • Əmək haqqı 700 AZN

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

 

Şirkət haqqında

SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:

•Topdan və pərakəndə satış

•Korporativ satış

•SmartOn.az onlayn mağaza üzərindən satış

•Rəsmi və avtorizə olunmuş servis mərkəzləri

Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.