Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

SME Kreditləşməsi üzrə Baş mütəxəssis
Rabitəbank Müddət: 2020-05-13 - 2020-06-12
Baxış sayı: 136 Vakansiya № 1002987
Şəhər: Bakı

İş barədə məlumat:

– Bankın kiçik və orta biznes kreditlərini, korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
– Biznes sahəsinə səfərlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq krediti rəsmiləşdirmək;
– Kredit portfelini keyfiyyətlə idarə etmək, planın icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
– Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
– Filialda kiçik və orta biznes kreditləri, korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
– Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.

Tələblər:

- Ali iqtisadi təhsil;
- SME kreditləşməsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı;
- Problemləri həlletmə qabiliyyəti;
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik kimi keyfiyyətlər;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- MS Office proqramlarından istifadə bacarığı.

E-mail:  career@rabitabank.com


Bu şirkətin digər vakansiyaları