Bugün 10 vakansiya və 5 CV əlavə edilmişdir

Satış üzrə mütəxəssis
GPS Solutions LLC Müddət: 2020-05-18 - 2020-06-18
Baxış sayı: 342 Vakansiya № 1003025
Şəhər: Bakı

GPS xidmətləri üzrə Azərbaycanın aparıcı inteqratoru GPS Solutions MMC “Satış üzrə mütəxəssis" vəzifəsinə təcrübəli namizəd axtarır.

Namizədə tələblər:

Satış şöbəsinin rəhbərinə gündəlik iş prosesində kömək etmək
Yeni müştəriləri cəlb etmək
Potensial müştərilərə təkliflər təqdim etmək, təklifin statusunu yoxlamaq
Müştəri bazasını mütəmadi yeniləmək və artırmaq
Sosial şəbəkələrdə məlumatı yeniləmək
Satışlar üzrə gündəlik hesabatlar hazırlamaq
Satış şöbəsinin rəhbəri tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək

Bilik və bacarıqlar:

Şəxsi motivasiyalı, nəzarət olmadan işləmək bacarığı
Azərbaycan və Rus dillərini mükəmməl bilmək (yazılı və şifahi), İngilis dili arzuolunandır
MS Office proqramlarının təcrübəli istifadəçisi (Word, Excel, Power Point, Microsoft Outlook)
Mükəmməl təqdimat və ünsiyyət qurmaq bacarığı
Müxtəlif tapşırıqları icra etmək, təyin edilmiş müddətlərə əməl etmək
İş vaxtından kənar işləməyə hazır

Yaş haddi: 23-37
İş təcrübəsi: 1 ildən çox

Əmək haqqı 600 AZN

CV-ni mövzu hissəsində müraciət etdiyiniz vəzifəni göstərməklə hr@gps.az ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Telefonla müraciətlər baxılmır.


Bu şirkətin digər vakansiyaları