Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Məhsulların yaradılması üzrə mütəxəssis
Ziraat Bank Azərbaycan ASC Müddət: 2020-05-18 - 2020-06-18
Baxış sayı: 314 Vakansiya № 1003029
Şəhər: Bakı

“Ziraat Bank Azərbaycan” ASC Satış və Marketinq Departamentinə Məhsulların yaradılması üzrə Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi/maliyyə təhsili;
• Məhsulların inkişaf etdirilməsi üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi;
• Kreativ yanaşma tərzi;
• Kollektivlə işləmə bacarığı;
• Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
• Rus, Türk və İngilis dili bilikləri müsbət qarşılanır;
• Microsoft Excel və Microsoft PowerPoint proqramları üzrə yaxşı səviyyədə biliklər;
• SQL, Visio və digər analoji proqramlar üzrə baza bilikləri;
• Filialların idarə edilməsində təcrübəsi olması müsbət qarşılanır;
• Korporativ və Pərakəndə Bankçılıq sahəsində yüksək təcrübə.

Əsas vəzifələr:

• Bazarda olan məhsul və texnologiyalardan xəbərdar olub, buna yönəlik bazar araşdırması həyata keçirmək;
• Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
• Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT ilə işləmək və sistem inkişafı üçün vacib olanları qeydə almaq;
• Planlaşdırılmış və bütün proyektləri idarə etmək;
• Məhsulların həyat və əməliyyat dövrünün hazırlanması, təqib edilməsi;
• Bir məhsulun istehsal proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
• İnkişaf etdirilən məhsulun hüquqi qanunlara, yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
• İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini, satış və marketinqini həyata keçirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını İyun ayının 20-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd etməyiniz vacibdir.