Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Mühasib
GP Alpha Greenhouse MMC Müddət: 2020-05-20 - 2020-06-19
Baxış sayı: 308 Vakansiya № 1003047
Şəhər: Bakı

MÜHASİB (VERGİ UÇOTU ÜZRƏ)
 
Öhdəliklər:
Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin təqdim olunmasını təmin etmək;
Kameral uyğunsuzluqları yoxlamaq və uyğunsuzluqları cavablandırmaq;
Vergi və digər dövlət qurumları ilə danışıqlar aparmaq;
Mənfəət və zərər hesabatının tərtib edilməsini təmin etmək;
Balans hesabatını tərtib etmək;
Əsas vəsaitlərin amortizasiya və təmir xərclərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Kassa, bank əməliyyatları və electron qaimə fakturalara nəzarət etmək;
Pul vəsaitlərinin hərəkətı haqqında hesabatları tərtib etmək.
 
Bacarıqlar:
Ali təhsil (maliyyə, riyaziyyat);
Vergi Məcəlləsi, Mülki Məcəllə üzrə mükəmməl biliklər;
1C mühasibatlıq, BTP (Vergi), e-taxes.gov.az (Onlayn kargüzarlıq, E-Qaimə və s.) proqramlarında sərbəst işləmək bacarığı;
Maliyyə və mühasibat hesabatlarını sərbəst tərtib etmək bacarığı;
Bütün vergi bəyənnamələrinin, sosial, statistika, məşğulluq hesabatlarının müstəqil tərtib etmək bacarığı #;
Milli Mühasibat Uçotu Standartları üzrə sertifikat mütləqdir;
İstehsalat sahəsində 3 il iş təcrübəsi.
 
Əmək şəraiti:
5 günlük iş qrafiki, 08:00-17:00
Nahar: müəssisə hesabına
Könüllü tibbi sığorta
 
E-mail: cv@gpag.az
Mövzu yerində “Mühasib (Vergi uçotu üzrə”) qeyd etmək mütləqdir.