Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Məlumat bazası və dəstək şöbəsinin baş mütəxəssisi
Paşa Həyat Müddət: 2020-05-21 - 2020-06-21
Baxış sayı: 217 Vakansiya № 1003060
Şəhər: Bakı

Vakansiya haqqında məlumat:

Struktur bölmə : İnformasiya texnologiyaları departamenti, Məlumat bazası və dəstək şöbəsi
Vəzifə : Məlumat bazası və dəstək şöbəsinin baş mütəxəssisi
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 31 may 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Məlumat bazası monitorinq sisteminin sazlanması və fəaliyyətini izləmək , ortaya çıxan problemləri müəyyənləşdirmək;
2. İstifadəçi tərəfindən göndərilən səhvlərə vaxtında cavab vermək;
3. Bazanı icazəsiz girişlərdən və digər kənar müdaxilələrdən qorumaq;
4. Verilənlər bazasının lazımi şəkildə əvəzlənməsini və yaddaş itkisi vəziyyətində bərpa olunmasını təmin etmək;
5. İT layihə menecerləri və verilənlər bazası proqramçıları ilə müntəzəm əlaqədə olmaq və yenilikləri tətbiq etmək;
6. Bazamın indeksləşməsini təmin etmək
7. Məlumat bazası dizaynın hazırlanmasını təmin etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : İnformasiya texnologiyaları sahəsi üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İnformasiya texnologiyaları, Riyaziyyat, Kibernetika sahələri üzrə Ali təhsil, MS SQL üzrə sertifikatların olması;
Dil bilikləri : Azərbaycan dili:əla, İngilis dili:orta, Rus dili:orta;

Kompüter bilikləri MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları və orta səviyyədə SQL biliyi tələb edilir;
Üstünlüklər: Oracle üzrə sertifikatların olması;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası:

Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Məlumat bazası və dəstək şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.