Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Baş mühasib
Evrascon ASC Müddət: 2020-05-22 - 2020-06-22
Baxış sayı: 166 Vakansiya № 1003068
Şəhər: Bakı

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-ə Baş mühasib tələb olunur.

Ümumi tələblər

- Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit)
- Yaş həddi: 50 yaşadək
- Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (ana dili), Rus dili (sərbəst)
- Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3
- e-taxes.gov.az və BTP–də işləmək bacarığı.
- Baş mühasib vəzifəsində təcrübəsi olan şəxslər müraciət etsinlər

Vəzifə öhdəlikləri

- Bütün növ vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- Vergi orqanları ilə vergi ödənişlərinin üzləşməsinin aparılması, elektron şəxsi vərəqəyə gündəlik nəzarət
- Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Tikinti sahəsinə aid olan pul vəsaitinin uçotu və hərəkətinə nəzarəti, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və nəzarəti, zərərlərin qarşısı alınması məqsədilə tətbiqlərin həyata keçirilməsi
- Balansın çıxarılması,əmək qanunvericilikləri üzrə məlumat
- Daxil olan pul vəsaitlərinin,mal-material qiymətlərinin uçotunu aparmaq və muhasibat uçotu hesablarında onların hərəkətini , dövriyyəsini izləmək
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İş şəraiti

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi cv@evrascon.com elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (Baş mühasib) vakansiyanın adını qeyd edəsiniz.