Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

Çağrı mərkəzi operatoru
Bakı Taksi Xidməti MMC Müddət: 2020-05-22 - 2020-06-22
Baxış sayı: 625 Vakansiya № 1003069
Şəhər: Bakı

“Bakı Taksi Xidməti” MMC

Vəzifə: Çağrı mərkəzi (Call Center) operatoru

Vəzifə öhdəlikləri:

• Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
• qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
• müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
• müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
• Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
• xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
• digər öhdəlikləri yerinə yetirmək.

Namizədə verilən tələblər:

• Ali təhsilə üstünlük verilir
• azərbaycan, rus və ingilis dillərini bilməli
• nitqi aydın və səlis olmalı
• fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
• müştərilərlə ünsiyyət qurma bacarığı olmalı
• məsuliyyətli, səbrli, stressə davamlı olmalı
• yaş həddi 18-35 həddində olan xanımlar

İş qrafiki: günaşırı, növbəli.

Əmək haqqı: müsahibə əsnasında müəyyən olunur.

Müraciət qaydası: CV-nizi info@btx.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.