Bugün 6 vakansiya və 4 CV əlavə edilmişdir

Mağaza Müdiri
By Telecom LLC Müddət: 2020-05-24 - 2020-06-24
Baxış sayı: 607 Vakansiya № 1003080
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
• Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
• Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və təlim keçmək
• Mağazada xidmət standartlarının həyata keçirilməsi
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
• Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
• Karyera inkişafı imkanı

Tələblər

- İş təcrübəsi 3 il
- Yaş 25 - 50
- Ali təhsil
- Həmin sektorda ən azı 3 – 4 il təcrübə arzuolunandır
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (əla)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)

Maraqı olan şəxslər CV-ni "Mağaza Müdiri" başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: info@bytelecom.com