Bugün 3 vakansiya və 2 CV əlavə edilmişdir

Marketinq meneceri
Setex Group Müddət: 2020-05-25 - 2020-06-25
Baxış sayı: 501 Vakansiya № 1003082
Şəhər: Bakı

Setex Group 1998 ci ildən Azərbaycanda Fashion Retail sahəsində fəaliyyət göstərir. Levi’s , Greyder, English Home, Soobe, Mavi , Colin’s kimi tanınmış geyim brendlərini Azərbaycanda təmsil edir.

Vəzifə : Marketinq meneceri

İş yeri : Bakıda ( Cəfər Xəndan küçəsi 40 A ) yerləşir.
İş rejimi : Həftədə 6 gün
Əmək haqqı - Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsası bazar qiymətinə uyğun olaraq, təyin olunacaq.

Vəzifə öhdəlikləri:

- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirmək;
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
- Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Anket sorğularının, müsahibələrin planlaşdırılması və yerinə yetirilməsini təşkil etmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;

Namizədə Tələblər:

- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili - yüksək, İngilis və rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüslük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik
- Komandada işləmə və komandanı idarəetmə

Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Marketinq meneceri” qeyd etməklə (cv@setexgroup.com) ünvanına göndərə bilərlər.