Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

 İT Dəstək qrupu mütəxəssisi
Modenis MMC (eManat) Müddət: 2020-06-02 - 2020-07-01
Baxış sayı: 355 Vakansiya № 1003122
Şəhər: Bakı

Namizədə qoyulan tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək).
• Kompüter avadanlıqlarına texniki dəstək üzrə - əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair - baza biliklərinə malik olmalı ( IT Texniki dəstək qrupunda və ödəmə sistemlərində iş təcrübəsi olanlara üstünlük veriləcək).
• Biznes prosesslərin idarə edilməsi haqqında ilkin biliklər.
• Oxumaq, öyrənmək, analitik və alqoritmik düşünmə qabiliyyəti.
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
• Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı.
• Fərdi və komanda ilə işləmək qabiliyyəti.
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.

Vəzifə öhdəlikləri:

• Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
• ServiceDesk proqram təminatı vasitəsi ilə aldığı sorğuların monitorinq olunması və operativ optimal şəkildə emal olunması.
• Monitorinq olunmuş sorğuların seçilərək prosedura əsasən işlənməsi.
• Şirkət daxili istifadəçi İT avadanlıqlarında çıxmış problemlərin aradan qaldırılması.
• Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

İş şəraiti:

• Ofis daxili.
• Nahar yeməyi şirkət tərəfindən verilir.
• İş rejimi: Həftənin 5 günü (09:00-18:00), 6-cı gün qısaldılmış növbəli iş rejimi.
• Tibbi sığorta.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “İT Dəstək qrupu mütəxəssisi” yazılmalıdır.