Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Qəza komissarı (Gəncə və ətraf rayonlar)
Atəşgah Sığorta Müddət: 2020-06-05 - 2020-07-05
Baxış sayı: 326 Vakansiya № 1003144
Şəhər: Gəncə

Qəza komissarı (Gəncə və ətraf rayonlar)

Namizədə tələblər:

  • Yaş: 25-40
  • Cinsi: kişi
  • Təhsil: Ali və ya Orta texniki
  • İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla),Rus dili (orta)
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, İnternet  Explorer-dən istifadə qaydalarını;
  • B kateqoriyalı sürücülük vəsiqəsi olmalı
  • Mütləq şəxsi avtomobili olmalı
  • Namizədin yaşayış yeri:  Gəncə və ətraf rayonlar

Əsas vəzifə öhdəlikləri:

  • Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
  • Hadisənin foto və video çəkilişlərini aparmaq 
  • Hadisəni rəsmiləşdirmək
  • Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
  • Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
  • Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
  • Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
  • Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
  • Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik  göstərmək.
  • Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
  • İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
  • Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
  • Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
  • Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli
  • Stressə davamlı
  • Avtomobilin texniki hissələri haqda anlayışın olması
  • Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışın olan

İş şərtləri:

  • Əmək haqqı 400 AZN
  • Yanacaq pulu verilir
  • Şirkət tərəfindən mobil nömrə və danışıq vaxtı verilir

            Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını cv@ateshgah.com ünvanına göndərə bilərlər (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir).


Bu şirkətin digər vakansiyaları