Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Xəzinədar
Kredit Evi QSC Müddət: 2020-06-10 - 2020-07-10
Baxış sayı: 1042 Vakansiya № 1003176
Şəhər: Sumqayıt

“Kredit Evi”QSC Sumqayıt filialı üçün “ Xəzinədar” vakansiyası elan edir.

Tələblər:

Yaş həddi: 21-30 yaş
Cins: Qadın

Ali və ya orta ixtisas- kollec təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
Nağd pulla intensiv işləmə bacarığı;
Gərgin iş qrafikində işləmək bacarığı;
Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri:

Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
Müştərilərə xəzinə xidməti göstərilməsi.
Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdir) hr@kreditevi.az ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt – “Xəzinədar”). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.