Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Kart Biznesi Departamentinin Mütəxəssisi
Rabitəbank Müddət: 2020-06-11 - 2020-07-11
Baxış sayı: 320 Vakansiya № 1003185
Şəhər: Bakı
KART BİZNESİ DEPARTAMENTİNİN KART MƏHSULLARI VƏ XİDMƏTLƏRİNİN İNKİŞAFI ŞÖBƏSİNDƏ MÜTƏXƏSSİS VAKANSİYASI.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Alınmış, istehsal və ləğv edilmiş kartların uçotunu aparmaq;

- Plastik kartların və PİN zərflərin qeydiyyatının aparılması;

- Kartların filiallar üzrə paylaşdırılmasını təmin etmək;

- Göndərilmiş kartların bank əməliyyat sistemində qeydiyyata alınması;

- Bank kartları və xidmətləri ilə bağlı sorğuların cavablandırılması. 

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- Ali təhsil;

- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi arzuolunandır;

- Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;

- Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart Biznesi Departamenti” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33