Bugün 3 vakansiya və 1 CV əlavə edilmişdir

Mikro kreditlər üzrə qrup rəhbəri
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-06-11 - 2020-07-11
Baxış sayı: 310 Vakansiya № 1003188
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı Kiçik və Orta Sahibkarlarla İş Departamentinin Kiçik və Orta Biznes müştəriləri ilə iş şöbəsinə Mikro kreditlər üzrə qrup rəhbəri vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışının təşkil edilməsi;
Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işinin təşkili;
Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin həyata
keçirilməsi;
Kredit verilməsi prosesinə nəzarət ve yarana biləcək problemlərin həllinə dəstək olunmasi
Təcrübəçilərin hazırlanması və praktiki təlimləndirilməsi işinin təşkili;
KPİ sisteminin qurulması, hədəflərin qoyulması və icrasına nəzarət

Bizim üçün ideal namizəd:

Ali təhsili;
Mikro kreditləşmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi olan;
Ofis proqramlarında sərbəst işləməyi bacaran;
Yüksək səviyyədə idarəetmə,ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mikro kreditlər üzrə qrup rəhbəri” şəklində göstərilməsi xahiş olunur.

Əlavə məlumat üçün: www.ibar.az