Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Telesatış təmsilçisi
Aztelekom Müddət: 2020-06-12 - 2020-07-11
Baxış sayı: 722 Vakansiya № 1003194
Şəhər: Bakı

“Aztelekom” MMC hazırda baş ofisin Kommersiya Departamentinə Telesatış təmsilçisi vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

  1. Müştərilərə xidmət/məhsulların satışını həyata keçirmək və bununla gəlirləri artırmaq.
  2. Məhsulun xüsusiyyətləri barədə ətraflı məlumat vermək;
  3. Məhsulun etibarlılığını artırmaq üçün təbliğat işlərini aparmaq;
  4. Müştərilərin tələblərinə cavab verən və müəyyən bir büdcəyə daxil olan məhsulları müəyyənləşdirmək və seçimdə dəstək göstərmək;
  5. Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət eetmək;
  6. Departamentinin digər struktur  bölmələrilə qarşılıqlı fəaliyyət göstərmək;
  7. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  1. Ali və ya natamam ali təhsil;
  2. Telefon üzərindən satış sahəsində minimum 1 illik əmək stajı;
  3. Azərbaycan, rus dillərini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
  4. Telefon bazarının vəziyyətini qiymətləndirməyi və monitirinqlərin aparılmasını bilməli;
  5. Təhlillərin aparılması, aparılan təhlillərin nəticəsində gündəlik statistik məlumatların hazırlanmasını bilməli;
  6. Telekommunikasiya şəbəkəsinin struktur sxemini və şəbəkədə istifadə olunan stansiya avadanlıqları və xətt qurğularını bilməli;
  7. Peşəkar ünsiyyət psixologiyasını bilməli;
  8. Stressə davamlı olmalı;
  9. İnsanları inandırmaq vasitələri bilməli;
  10. Müştərini diqqət mərkəzində saxlamalı;
  11. Riyaziyatda minimum əsas biliklərə malik olmalı;
  12. Sürətli/templi mühitlərdə çalışmağı bacarmalı;
  13. Marketinqin əsasları ilə tanış olmalı;
  14. Telesatışa aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalı;
  15. Kompüter bilikləri üzrə: MS Office (xüsusi ilə Excel), Word, PowerPoint və Outlook programlarını mükəmməl bilməli;
  16. Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyəti arzuolunandır.

İŞ ŞƏRAİTİ

  • Əmək müqaviləsi;
  • Rəqabətli əmək haqqı;
  • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
  • Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
  • İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
  • İş yeri: Bakı şəhəri;
  • Peşəkar həmfikirlər komandası;
  • Peşəkar inkişaf və karyera imkanları.

ƏMƏK HAQQI GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Telesatış təmsilçisi) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.