Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Hüquqi təminat şöbəsinin baş mütəxəssis-hüquqşünası
Paşa Həyat Müddət: 2020-06-12 - 2020-07-12
Baxış sayı: 264 Vakansiya № 1003199
Şəhər: Bakı

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Hüquq departamenti, Hüquqi təminat şöbəsi
Vəzifə: Baş mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 22 iyun 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsini təmin etmək;
2. İclaslar üçün tələb olunan məlumatları Şirkətin funksional bölmələrindən əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
3. Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qərarlarının reyestrini aparmaq, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək və icra vəziyyəti barədə məruzə etmək;
4. Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarılması barədə qərar vermək
5. Şirkətin korporativ idarəetmə standartlarına uyğun fəaliyyətinin təmin etmək və korporativ idarəetmə strategiyasının icra edilməsində iştirak etmək
6. Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuları koordinasiya etmək və vaxtı-vaxtında cavablandırılmasını təmin etmək
7. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Hüquq
Dil bilikləri: Rus dili: əla, İngilis dili: orta
Kompüter bilikləri: MS Office: orta
Üstünlüklər: Maliyyə və ya dövlət qurumlarında katiblik şöbəsində təcrübə
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Hüquqi təminat şöbəsinin baş mütəxəssis-hüquqşünası” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.