Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Ekspeditor
İnci Group of Companies Müddət: 2020-06-13 - 2020-07-13
Baxış sayı: 675 Vakansiya № 1003201
Şəhər: Bakı

İş barədə məlumat:
- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi,
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi,
- Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi,
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi,
-Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
- Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq,
-Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi,
-Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi.
-İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur.

Namizədə dair tələblər:
- Ali və Orta təhsil ,
- Komandada işləmə bacarığı;
- Korporativ imic üçün xarici görünüş vacibdir;
-Satış sahəsində minimum 3 illik təcrübə
-B kateqoriyalı sürücülük vəsiqəsi
-Müştərini qazanmaq qabiliyyəti
-Ünsiyyətcillik
-Dəqiqlik və məsuliyyət
-Problemləri həll etmə bacarığı
-Komanda şəklində işləmək qabiliyyəti
- Yaş: 23-35;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.


Bu şirkətin digər vakansiyaları