Bugün 3 vakansiya və 2 CV əlavə edilmişdir

Büdcə və planlama sektorunun baş mütəxəssisi
AzerGold CJSC Müddət: 2020-06-17 - 2020-07-16
Baxış sayı: 294 Vakansiya № 1003224
Şəhər: Bakı

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Maliyyə şöbəsi, Büdcə və planlama sektorunun baş mütəxəssisi

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
• Balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
• Xarici qurumlara rüblük hesabatlar göndərmək və göstəricilər üzrə izahlar vermək;
• Xərclər üzrə Cəmiyyət daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq;
• Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək;
• Biznes planlarının tərtibatı üçün materialları hazırlamaq;
• Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını təhlil edərək rəhbərinə təqdim etmək;
• Əsas fondun cari və əsaslı təmirin, həmçinin digər əməliyyat və kapital təyinatlı layihələrin maliyyələşdirilməsinin qayda və meyarlarının müəyyən edilməsinində iştirak etmək;
• Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
• Büdcənin icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların bölmə rəhbərinə təqdim olunması;
• Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
• Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
• Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
• Maliyyə hesabatlarının hazırlanması;
• Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
• Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
• Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
• Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office proqramları.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Maliyyə ixtisası üzrə ali təhsil;
• İstehsalatda iş təcrübəsi arzuolunandır;
• Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Maliyyə üzrə baş mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.