Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Anbardar
Mətanət A Müddət: 2020-06-18 - 2020-07-18
Baxış sayı: 1246 Vakansiya № 1003232
Şəhər: Bakı

İş barədə məlumat:

Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;
- Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;
- Yanğın əleyhinə vasitələrin olmasına və sazlığına, otaqların vəziyyətinə, anbardakı avadanlıq və digər mal və materialların vəziyyətinə nəzarət edir;
- Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir;
- Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik edir;
- Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;
- Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun aparılmasına nəzarət edir.
- Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir.

İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
Bazar günü istirahət;
Nahar şirkət tərəfindən verilir;
İş yeri: Masazır qəsəbəsində yerləşən zavod;
20 yanvar və Sumqayıt şəhərindən servis xidməti mövcuddur.

Tələblər:
Təhsil: Ali (bakalavr);
Yaş həddi: 30-50;
Kompüter biliyi: MS Office (Word, Excel) 1C
Dil bilikləri: Azərbaycan(Rus dili arzuolunandır)
İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il.

Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.