Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

İnşaat yoxlama (audit) və tenderlər müdiri
Azersun Holding Müddət: 2020-06-19 - 2020-07-18
Baxış sayı: 323 Vakansiya № 1003238
Şəhər: Bakı

AZƏRSUN HOLDİNQ

Vakansiyanın adı: İnşaat yoxlama (audit) və tenderlər müdiri

Namizədə aid tələblər:

1. İnşaat mühəndisliyi və ya memarlıq sahəsində ali təhsili olmalı;
2. Müvafiq sahəyə uyğun ən azı 10 il iş təcrübəsinə sahib olmalı;
3. AutoCAD, 3ds Max, Archicad, Photoshop, CorelDroaw proqramlar ilə işləyə bilmə bacarığı olmalıdır.

İş haqqında məlumat:

1. İnşaat layihə sisteminin sənədləşməsinə nəzarət etmək və onu inkişaf etdirmək;
2. Lazımi planlama və organizəni təmin etmək;
3. Keyfiyyət siyasətinin bütün işçilər tərəfindən mənimsənilməsi ilə bağlı işlərdə bu siyasətin vacibliyinə uyğunlaşmanın təmin edilməsi;
4. Nəzərdə tutulmuş elektrik və mexanik işləri ilə inşaat işləri arasındakı uyğunsuzluqları həll etmək;
5. Keyfiyyət sistemi sənədləşməsinə nəzarət etmək;
6. İnşaat layihə yoxlanılması işçilərinə nəzarət emək;
7. Lazım gəldikdə, firma daxili və firmadan kənar iclaslarda iştirak edərək sahədə mövcud olan və ola biləcək problemlərin dəqiqləşdirilməsi və üst rəhbərliyə təqdim ediləcək qabaqlayıcı tədbirlər almaq;
8. Görülən xidmətlərlə bağlı lazımi raportları hazırlamaq;
9. Görülməsi davam edən işlərdə yoxlama və audit xidmətlərini həyata keçirtmək, keçici və dəqiq qəbul işlərini yerinə yetirmək;
10. Hazırlanmış metraj cədvəlləri, kəşf və təqibçi siyahıları, qiymət analizi, texniki şərtlər və protokolları nəzərdən keçirtmək və araşdırmaq;

Smeta üzrə:

1. Hazırlanmış metrajları yoxlamaq (nəzərdən keçirmək);
2. Smeta əlavələrinin, müqavilə, bağlı layihələrin tutarlılığının və əskiksizliyinin yoxlanılması və maliyyə analizinin edilməsi;

Tender üzrə:

1. Dizayn və tətbiq arasındakı uyğunsuzluqların qarşısını almaq üçün layihə ofisləri tərəfindən təmin edilən çertyojlar, texniki şərtlərin və digər sənədlərin yoxlanılması;
2. Smetanın çertyoj və digər şərtlərlə və sənədlərlə uyğunluğunu yoxlamaq və ona nəzarət etmək;
3. Xüsusilə böyük işlərdə, işlə bağlı mövzuları aidiyyatı podratçılara bildirmək və işi başa düşdüklərindən əmin olmaq;
4. İnnova podratçı seçimi təlimatına əsasən qiymət təklif və tələbinin bütün aidiyyatı podratçılara göndərilməsi və təkliflərin alınmasına nəzarət etmək;
5. Tender iclaslarında və qiymət alınmasında (ən uyğun variantın seçilməsində) iştirak etmək;
6. Hazırlanmış qiymət qarşılaşdırılmasını yoxlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat yoxlama (audit) və tenderlər müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.


Bu şirkətin digər vakansiyaları