Bugün 3 vakansiya və 2 CV əlavə edilmişdir

Qrafik dizayner
Impler Digital Marketinq agentliyi Müddət: 2020-06-19 - 2020-07-18
Baxış sayı: 337 Vakansiya № 1003239
Şəhər: Bakı

Impler Digital Marketinq agentliyinə QRAFİK DİZAYNER axtarılır.

Dizaynerin əsas iş istiqaməti Sosial Media olacaq. Bəzi hallarda digər informasiya daşıyıcları üçün də dizaynlara ehtiyac ola bilər.

İstəklərimiz:

- Adobe Photoshop və Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmək bacarığı (Adobe After Effects, Adobe Premier bilmək üstünlükdür);
- İş təcrübəsi: ən azı 2 il;
- Rəssamlıq qabiliyyəti olanlara üstünlük verilir;
- Motion design həvəsi əlavə üstünlükdür.

Bunlara əlavə olaraq,
- Yaradıcı və maraqlı ideyaları olan;
- Dizayn yeniliklərini izləyən;
- İşinə qarşı diqqətli, məsuliyyətli və dəqiq olan.

Biz nə təklif edirik:
- Maaş: 1200 AZN;
- Rahat iş mühiti;
- Professional dizayn avadanlığı. İş üçün lazım olan istənilən avadanlığın, ədəbiyyatın alınması;

İş qrafiki: Həftə içi 9:30-18:30

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi və portfolionuzu cv@impler.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.