Bugün 5 vakansiya və 4 CV əlavə edilmişdir

Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsinin Baş Mütəxəssisi
Rabitəbank Müddət: 2020-06-19 - 2020-07-18
Baxış sayı: 177 Vakansiya № 1003240
Şəhər: Bakı

“Rabitabank” ASC  Biznes Proseslərin İnkişafı Departamentin Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsində Baş Mütəxəssis /Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

- Bankın rəqəmsal mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;

- İşlənilmiş rəqəmsal həllərin funksional testi,

- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;

- Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;

- Daxili hesabatların hazırlanması və onların təhlili;

- Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi.

Namizədə olan tələblər:

- Ali təhsil;

- Əməliyyat sahəsində azı 2 il iş təcrübəsi;

- Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;

- Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;

- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;

- Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillik;

- Öyrənməyə və şəxsi inkişafa meyillilik;

- Azərbaycan və Rus dili üzrə səlist danışıq tərzi, İngilis dili biliyi arzuolunandı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes prosesleri- Baş mütəxəssis/ekspert” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33