Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Mağaza administratoru
General Supply LLC Müddət: 2020-06-19 - 2020-07-19
Baxış sayı: 835 Vakansiya № 1003243
Şəhər: Bakı

Əsas vəzifə və öhdəliklər:

• Özü və tabeçilyində olan əməkdaşların daxili nizam-intizam qaydalarına əməl edilməsini təmin etmək;
• Özü və tabeçiliyində olan əməkdaşların işində davamiyyətli olmasını, işə vaxtında gəlmək, işdən vaxtında getmək və iş saatlarında yüksək məcburiyyət olmadan iş yerini tərk etməməsini təmin etmək;
• Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət etmək;
• Mağazanın fəaliyyəti ilə əlaqədar daxili hesabat formalarını, onların təqdimetmə müddətliliyini və vaxtını birbaşa rəhbəri ilə razılaşdırmaq və öz işində tətbiq etmək;
• Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək
• Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etmək və hesabat vermək
• Karyera imkanı

İş qrafiki növbəlidir:

• I növbə: 09:00-dan 17:00-dək
• II növbə: 14:00-dan 22:00-dək
• Həftədə 1 gün istirahət

Namizədə qarşı tələblər:

• Ali təhsil (üstünlük verilir)
• İş təcrübəsi: 2 ildən 5 ilə qədər
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
• Office programları üzrə biliklər
• Yaş: 22-35 yaş
• İnsanlarla ünsiyyət qurma,fikrini sərbəst çatdırma qabiliyyəti
• Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mağaza administratoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Bu şirkətin digər vakansiyaları