Bugün 3 vakansiya və 2 CV əlavə edilmişdir

Kiçik və Orta Biznes kreditləşməsi şöbəsinin müdiri
AzərTürkBank Müddət: 2020-06-20 - 2020-07-19
Baxış sayı: 395 Vakansiya № 1003245
Şəhər: Bakı

Korporativ Bankçılıq Departamenti / Kiçik və Orta Biznes kreditləşməsi şöbəsi (Baş ofis)

  • Vəzifə öhdəlikləri
    • Kiçik və orta biznes subyektləri ilə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək
    • Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq
    • Tabeçiliyində olan müştəri menecləri üçün hədəf planlarını tərtib etmək, menecerlərin fəaliyyətinə və planın icrasına nəzarət etmək
    • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və maliyyələşmə üzrə təklif paketlərini hazırlamaq
    • Bankın müştəri bazasının dinamikasını izləmək, rəqib bankların üstün və fərqli cəhətlərini öyrənmək, SWOT təhlil aparmaq və müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək
    • Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək
    • Bankda yeni məhsul və xidmətlərin yaradılması üzrə təkliflər vermək, tətbiq layihələrinin hazırlanmasında iştirak etmək
    • Maliyyələşdirilmiş müştərilərin maddi dayanıqlığının ölçülməsi məqsədilə Bankda aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək
    Namizədə olan tələblər
    • Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar)
    • Bankda Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində minimum 3 il iş təcrübəsi
    • Azərbaycan dili – səlis, rus dili – yaxşı, ingilis dili – orta
    • Kompüter proqramlarında işləmək qabiliyyəti ( Bank əməliyyat sistemləri, MS Office )
    • İdarəçilik bacarığı
    • Analitik təhlil etmə, biznes analizi və maliyyə təhlili aparmaq bacarığı
    • İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı
    • Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq

CV-lərinizi vakansiyanın adını qeyd etməklə  https://atb.az/karyera-merkezi/ ünvanında müraciət formasını dolduraraq və ya  cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.