Bugün 3 vakansiya və 1 CV əlavə edilmişdir

İnsan resursları bölməsinin mütəxəssisi
Azerbaijan Railways CJSC Müddət: 2020-06-22 - 2020-07-03
Baxış sayı: 910 Vakansiya № 1003254
Şəhər: Bakı

Mütəxəssis

Yük daşımaları departamenti

Yük və kommersiya xidməti

İnsan resursları bölməsi

Bakı şəhəri

Vakansiya kodu - V200616-1

Kateqoriya - Mütəxəssis

Elan tarixi - 18/06/2020

Son müraciət tarixi - 02/07/2020

Əmək şəraiti - Ofisdaxili

İş vaxtının norması - 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə (peşə) üzrə əmək haqqı - Ştat cədvəlinə uyğun olaraq

Ödəniş növü - Vaxtamuzd

Təhsil istiqaməti/ixtisası - İstənilən

Minimum təhsil dərəcəsi - Bakalavriat

Sahə üzrə stajı - 1 il

Tələb olunan biliklər

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə dair biliklər;

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;

Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;

İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri

Keyfiyyət yönümlülük

Diqqətlilik

İntizamlılıq

Digər tələb və üstünlük göstəriciləri

İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil; İnsan resursları sahəsində beynəlxalq sertifikat; Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək; İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı; Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı; Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı; Nizam-intizamlılıq; Məqsədyönümlülük, nəticəyönümlülük; Təşəbbüskarlılıq, yeniliklərə adaptasiya bacarığı; Fərdi inkişaf və peşəkarlığa yönümlülük; Komanda ilə işləyə bilmək bacarığı; Daxili motivasiyalı.

Komputer bilikləri

MS Office-yaxşı

Dil bilikləri

Rus-yaxşı

İngilis-yaxşı

Vəzifə öhdəlikləri

Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;

Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;

İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;

Əmək haqqının hesablanması üzrə işlərin icrası;

İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası;

Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;

Bölmənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Ünvan - Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Müraciət etmək üçün link https://career.ady.az/Vacation/Get/713#vp