Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Gömrük işləri üzrə mütəxəssis (Bəyannaməçi)
Air Cargo Azerbaijan Müddət: 2020-06-25 - 2020-07-25
Baxış sayı: 915 Vakansiya № 1003279
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

Gömrük Bəyannamələrinin tərtib edilməsinə və Gömrük prosesinə nəzarət;
Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
Müştərilərə Şirkətin göstərdiyi Gömrük/logistika xidmətləri haqqında ümumi məlumatların təqdim edilməsi;

Namizədə qarşı tələblər:

Tranzit, idxal, ixrac prosesi və yüklərin gömrüklənməsi barədə ümumi anlayış
Təhsil: Ali təhsili və yaxud hər hansı texniki təhsili olması arzu olunandır (logistika üzrə təhsil alanlara üstünlük veriləcəkdir);
Təcrübə: - Logistika və ixrac əməliyyatları sahəsində təcrübə arzuolunandır;
Ümumi fərdi keyfiyyətləri: İşdə məsuliyyətli, dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı
Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik
Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür
Kişi namizədlərə üstünlük verilir
Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri bilməsi üstünlükdür.
Kompüter billikləri: MS Office (Word, Excel, Power Point, Outlook) proqramını bilməli

İş qrafiki:

- Bazar ertəsi – Cümə: 10:00-dan 18:00-dək (lazım olduqda, şənbə yarı iş günü)

İşçiyə təqdim olunacaq:

Korporativ nömrə;
Rəsmi qeydiyyat;
3 ay sınaq müddəti, bu müddət ərzində iş prosesi öyrədiləcək;
Maaş 400 azn, işçi növbəti ixtisas attestatı imtahanından uğurla keçərsə, maaş artırılacaq və bonuslar əlavə olunacaq;
İş ünvanı: Rusel Plaza, Xətai Rayonu, Xətai metrosunun yaxınlığı.

Zəhmət olmasa, CV göndərərkən vəzifənin adını (GÖMRÜK İŞLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS) email-də Mövzu (Subject) bölməsində qeyd edərək career@aircargo.az-a göndərin.