Bugün 5 vakansiya və 4 CV əlavə edilmişdir

Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi
Azerbaijan Railways CJSC Müddət: 2020-06-29 - 2020-07-08
Baxış sayı: 536 Vakansiya № 1003299
Şəhər: Bakı

Aparıcı mütəxəssis

Strateji və korporativ inkişaf İdarəsi

Risklərin idarə edilməsi şöbəsi

Bakı şəhəri

Vakansiya kodu - V200623-2

Kateqoriya - Mütəxəssis

Elan tarixi - 23/06/2020

Son müraciət tarixi - 07/07/2020

Əmək şəraiti - Ofisdaxili

İş vaxtının norması - 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə (peşə) üzrə əmək haqqı - Ştat cədvəlinə uyğun olaraq

Ödəniş növü - Vaxtamuzd

Minimum təhsil dərəcəsi - Bakalavriat

Sahə üzrə stajı - 2 il

Tələb olunan biliklər

Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər;

Maliyyə risklərinin idarə edilməsinə dair biliklər;

İqtisadiyyat və maliyyə sahəsi üzrə biliklər;

Azərbaycan Respublikasının normativ hüquqi bazasına dair biliklər.

Fərdi keyfiyyət göstəriciləri

Problem həlletmə

Analitik düşüncə

Təşəbbüskarlıq

Digər tələb və üstünlük göstəriciləri

Magistr dərəcəsi; Python və SQL üzrə biliklər; Nəzarət etmək qabiliyyəti, yüksək ünsiyyət qurmaq bacarığı, kollektivlə işləmək bacarığı; Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar; Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır.

Komputer bilikləri

MS Office-yaxşı

MS Excel-sərbəst

MS Outlook-sərbəst

Dil bilikləri

İngilis-yaxşı

Rus-yaxşı

Vəzifə öhdəlikləri

Maliyyə risklərinin müəyyən edilməsi (o cümlədən, investisiya, kredit, inflyasiya, valyuta, faiz, qiymət, likvidlik riskləri və s) və onların idarə edilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflərin verilməsi;

İqtisadiyyatda və nəqliyyət sektorunda baş verə biləcək potensial dəyişikliklərin araşdırılması;

Səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;

Risk siyasəti çərçivəsində maliyyə alətləri üzrə risk limitlərinin müəyyənləşdirilməsi, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;

Maliyyə risklərinin monitorinq edilməsi və hesabatların hazırlanması;

Maliyyə risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;

Risklərin idarə edilməsinin informasiya axını sisteminin qurulması;

Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.

Ünvan_ Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Müraciət etmək üçün linkhttps://career.ady.az/Vacation/Get/740#vp