Bugün 5 vakansiya və 4 CV əlavə edilmişdir

Planlaşdırma Mühəndisi
Lodos MMC Müddət: 2020-06-30 - 2020-07-29
Baxış sayı: 265 Vakansiya № 1003305
Şəhər: Bakı

Planlaşdırma Mühəndisi

Tabe olduğu bölmə: Texniki ofis rəisi
Tabe olduğu bölmələr: Planlaşdırma Departamenti

Vəzifə, Səlahiyyət və Məsuliyyətlər :

1) Layihənin əsas iş proqramının hazırlanması,təsdiqlənən bu proqrama görə hər istehsal hissəsi üçün ayrıca çubuq diaqramlarının hazırlanması
2) Tikinti sahəsinə veriləcək əsas materiallar üçün material çubuq diaqramı proqramının hazırlanması
3) Qrafika ilə istehsal olunan məhsulların aylıq monitorinqi
4) Əsas və ətraflı proqramların nəzərdən keçirilərək aylıq olaraq yenilənməsi
5) Texniki cədvələ uyğun olaraq işlərin həqiqi gedişatını izləməklə Texniki Ofisin rəisinə hesabat vemək
6) Aylıq istehsal hesabatlarının hazırlanmasında iştirak etmək, cədvələ uyğun pozuntular  barədə məlumat vermək

Vəzifə profili:

1) İnşaat mühəndisliyi ixtisası üzrə lisenziya təhsili ilə yanaşı xüsusi təhsil və ya planlaşdırma sahəsində peşə təhsili almaq
2) İstehsal və material planlaşdırması, fasad və fasad sistemləri sektorunda ən azı 3 illik iş təcrübəsinə sahib olmaq
3) Azərbaycan,Rus, İngilis və Türk dillərini yaxşı bilmək
4) Layihə planlaşdırma texnikaları üçün bir baza olmaq
5) Texniki rəsm oxuya bilən,Autocad və MS Office proqramlarını mənimsəyən
6) Diqqətlə planlaşdırılan və nizam-intizamlı iş saatları və məşğul iş tempi ilə ayaqlaşa bilən

Digər tələb və şərtlər:

Yaş həddi:25-40
Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur;
İş rejimi:həftədə 6 gün,09.00-dan 18.00-dək(nahar fasiləsi 1 saat),şənbə yarım gün

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini info@lodos.az elektron ünvanına mövzu yerinə “Planlaşdırma Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.