Bugün 9 vakansiya və 6 CV əlavə edilmişdir

Korporativ satış üzrə menecer
FF Group Müddət: 2020-07-09 - 2020-08-09
Baxış sayı: 691 Vakansiya № 1003347
Şəhər: Bakı

İş barədə məlumat:

  • Satışda olan avadanlıqlar  barədə ətraflı məlumata malik olması.
  • Hədəf seqmentlərinin müəyyən edilməsi, seqmentlərin tələblərinin spesifikasiyalarının öyrənilməsi, satış üsulları, alətləri və kanallarının müəyyən olunması.
  • Mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlərin, sorğuların keçirilməsi.
  • Şirkətlərdən gələn sorğuların vaxtında və dəqiq cavablandırılması.
  • Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan məhsul və xidmətlərin korporativ növlərinin təşviqi.
  • Satışları ən sərfəli qiymətlərlə ən yüksək səviyyədə tutmaq üçün ölkə daxilində ən təsirli ünsiyyət kanallarını istifadə edərək müştəriyə çatmaq üçün daim fəaliyyətdə olunması.
  • Həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik satış fəaliyyətlərinin araşdırılması və keçmiş dövrlərdəki satışları, mövcud satışlarla müqayisə edərək gələcək proqnozların hazırlanması.

Namizədə tələblər:

  • Ali təhsil (elektrik mühəndisliyi üzrə təhsil alması üstünlükdür)
  • Yaş həddi 25-35
  • Dil bilikləri- Azərbaycan və Rus dili, Ingilis dili əla səviyyədə,
  • İş təcrübəsi – müvafiq sahədə 3 ildən artıq
  • Korporativ Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
  • Şirkətin satdığı məhsullar barəsində məlumatlı olması

Şirkətin təklifləri:

  • İş qrafiki: 5/7
  • Nahar şirkət tərəfindən verilir.
  • Korporativ nömrə ilə təmin edilir.
  • Azərbaycan Respublikasının Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Qeyd: Şirkət əsasən elektrik mallarının satışı ilə məşğuldur. 

Maraqlananlar cv-lərini (mövzu yerinə vakansiyanın adı yazılmaqla) cv@ffgroup.az ünvanına göndərə bilərlər.