Bugün 5 vakansiya və 1 CV əlavə edilmişdir

Biznesə Nəzarət və Maliyyə Təhlilçisi
Veysəloğlu Şirkətlər Qrupu Müddət: 2020-07-10 - 2020-08-10
Baxış sayı: 603 Vakansiya № 1003352
Şəhər: Bakı

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Biznesə Nəzarət və Maliyyə Təhlilçisi (Biznesə nəzarət və maliyyə təhlili şöbəsinin müdiri)

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: Maliyyə və mühasibatlıq sahəsində minumum 5 il iş təcrübəsi.
Təhsil: Ali iqtisadi təhsil.
Yaş həddi: 28-40

İşin Təsviri:

Maliyyə hesabatlarının hazırlanması, maliyyə hesabatlarının təhlili, digər müxtəlif növ maliyyə təhlilləri (rentabellik, maya dəyəri, qiymətləndirmə və.s) və maliyə modellerinin qurulması sahəsində təcrübəsi olanlara üstünlük verilir.

Vəzifə öhdəlikləri:

• Büdcələşdirmə prosesinin idarə edilməsi və büdcə nəzarəti prosesinin qurulması və izlənməsi;
• Müxtəlif idarəetmə hesabatlarının hazırlanması və təhlili;
• Maliyyə hesabatlarının, şirkətin dövri performansının və əsas KPI-larının təhlili və müvafiq hesabatların hazırlanması;
• Müxtəlif investisiya, maliyyələşdirmə, qiymətləndirmə və digər layihələr üzrə maliyyə təhlili modellərinin qurulması və layihlərin dəyərləndirilməsi;
• Rəhbərliyin tapşırığı ilə müxtəlif maliyyə istiqamətli layihələrin idarə edilməsi.

Tələblər:

- Komanda quruculuğu və komandanın idarəedilməsi;
- Problemləri həll etmə bacarığı və punktuallıq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi (yüksək səviyyədə);
- Hesabatlılıq (Word üzərindən);
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Maliyyə və mühasibatlıq sahələrində beynəlxalq kvalifikasiyalar (ACCA,CİMA və CPA) arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Mobil nömrə və telefon limiti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Biznesə Nəzarət və Maliyyə Təhlilçisi” yazmaqla CV göndərərək müraciət edilir.