Bugün 5 vakansiya və 1 CV əlavə edilmişdir

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis
Zeytun Pharmaceuticals Müddət: 2020-07-10 - 2020-08-10
Baxış sayı: 556 Vakansiya № 1003355
Şəhər: Bakı

Tələblər:

• Ali təhsil
• SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3-5 il iş təcrübəsinin olması;
• SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
• Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C - və s)
• Azərbaycan dilini səlis bilməli.
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Vəzifə öhdəlikləri:

• Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
• İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
• Müəssisədə baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi;
• Müəssisədə bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
• İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi;
• Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət;
• Əməyin mühafizəsi işçilərinin gündəlik işlərinə nəzarət. Yeni işə qəbul olunanlarla əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçirmək; .

İş şəraiti:

∙ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
∙ Həftədə 6 iş günü.
∙ Nahar şirkət tərəfindən təmin olunur.
∙ Əmək haqqı: 1500-2000 azn.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.