Bugün 9 vakansiya və 6 CV əlavə edilmişdir

Kiçik Korporativ Hüquqşunas
Grand Agro MMC Müddət: 2020-07-17 - 2020-08-17
Baxış sayı: 235 Vakansiya № 1003386
Şəhər: Bakı

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Kiçik Korporativ Hüquqşunas / Junior Corporate Lawyer

Vəzifə öhdəlikləri

• Müxtəlif növ müqavilələrin, Müqaviləyə əlavələr, əlavə razılaşmalar və dəyişikliklərin hazırlanması və ekspertizasında iştirak
• Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi
• Müqavilənin icrası ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edilməsi
• Müqavilə və əlavələrinin xitamı, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət edilməsi.
• Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində aşkar olunan hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsində iştirak
• Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak edilməsi, hüquqi sorğuların cavablandırılması
• Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək;
• Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək
• Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;

Tələblər

• Təhsil : Təhsil - Ali ( hüquq, beynəlxalq hüquq)
• Təcrübə: Əlaqədar sahədə minimum 1 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• İT üzrə biliklər: MS Office (xüsusilə MS Word yüksək səviyyədə)

Texniki Bacarıqlar

• Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, Əmək, Vergi və İnzibati Xətalar Məcəlləsi üzrə biliklər
• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər

Səriştəlik

• Məsuliyyətli,disiplinli,açıq fikirli
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Kiçik Korporativ Hüquqşunas” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.