Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi
Bank Avrasiya ASC Müddət: 2020-07-18 - 2020-08-18
Baxış sayı: 461 Vakansiya № 1003388
Şəhər: Bakı

İş barədə məlumat

- Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək
- Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək
- İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək
- Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək
- İş qrafiki: bazar ertəsi - cümə; 09:00-dan 18:00-dək

Namizədə tələblər

- İqtisadiyyat üzrə ali təhsil
- Xidmət sahəsində ən azı 1 il iş stajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

E-mail:  cv@bankavrasiya.az