Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Paketləmə Operatoru
Norm LLC Müddət: 2020-07-18 - 2020-08-18
Baxış sayı: 992 Vakansiya № 1003390
Şəhər: Bakı

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Paketləmə Operatoru vakansiyası üzrə namizəd axtarılır.

Tələblər:

• Orta peşə təhsili (elektrik sahəsi üzrə)
• Elektrik kimi ən azı 1 il iş təcrübəsi
• Sement xammalları haqda əsas biliklər

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Paketləmə prosesindəki avadanlıqların işləməsinin, təmizliyinin təşkili və nəzarət
• Paketləmə prosesində uyğunsuzluq aşkarlandıqda əlaqədar şöbəyə məlumat vermək
• Təlimata əsasən podratçı şirkətin işinə nəzarət
• Planlı təmir zamanı Paketləmə bölməsinə aid tapşırıqların yerinə yetirilməsi
• Satışa gedən kisələrin miqdarının qeydiyyatının aparılması
• Paket istehsalı prosesinə adi məlumatların müvafiq cədvəldə qeydiyyatı
• Paketləmə prosesinə aid növbə və gün ərzində olan yoxlamaların yerinə yetirilməsi və birbaşa rəhbərə hesabat verilməsi
• Kisə sementinin yüklənmə işinin idarəolunması
• Paketləmə prosesinə aid APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun hazırlanmış sənədlərin tətbiqi
• Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.norn


Bu şirkətin digər vakansiyaları